Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycana səfəri gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” agentliyinə Bakıdakı diplomatik mənbələrdən məlumat verilib.
“İyunun 16-sı isə Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa şəhərinə səfəri gözlənilir”,- deyə məlumatda qeyd olunub.
Mənbə, Ərdoğanın Şuşaya səfəri zamanı burada məktəb təməlqoyma mərasiminin keçirilməsinin planlaşdırıldığını da açıqlayıb.
Ərdoğanın Bakı və Şuşaya iddia olunan səfəri rəsmi mənbələr tərəfindən hələ ki, təsdiqlənməyib.
Son xəbərlər
Son Xəbərlər