Ərdoğan Türkiyənin brend adını dəyişdi

erdogan-turkiyenin-brend-adini-deyisdi
Oxunma sayı: 5865

Türkiyənin ixrac etdiyi məhsullar üçün “Made in Turkey” yox, “Made in Türkiyə” ifadəsi işlədiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rəsmi Qəzetdə dərc olunan fərmanında öz əksini tapıb.

Fərmanda qeyd olunur ki, hər cür fəaliyyət və yazışmalarda, xüsusən də digər dövlətlər, beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə “Turkey”, “Turkei”, “Turquie” və buna bənzər ifadələr yerinə “Türkiyə” ifadəsinin işlədilməsinə diqqət yetiriləcək.