Ərdoğan zəlzələ bölgəsindən yüksək səs almasından danışdı

erdogan-zelzele-bolgesinden-yuksek-ses-almasindan-danisdi
Oxunma sayı: 3022

“Nə qədər ki, səriştəsiz insanlar CHP-nin başındadır, xalq nə cavab versə də, yetərli olmayacaq”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D"nin ortaq yayımında deyib.

Ərdoğan bildirib ki, zəlzələ bölgəsinə baş çəkəcək:

“Mitinq planlaşdırmıram, amma görüş kimi bir şey edə bilərik. Onları təhqir etdilər. Bu, çox çirkindir. Həmin əraziləri şənbə və bazar günləri ziyarət edəcəyik. Onları motivasiya etməyə çalışacağıq.

Bildiyiniz kimi, Hatayın Defne xəstəxanası ilə bağlı heç nə edə bilməyəcəyimizi deyirdilər. Hazırda orada dövlət xəstəxanası bitmək üzrədir. Belə qısa müddətdə bütün elektronika ora yerləşdirildi".

Ərdoğan bildirib ki, hansı ərazidən nə qədər səs toplamasından aslı olmayaraq hər bölgəyə eyni yanaşır:

"Onlar dövlətin qurumlarını köhnəltməkdə davam edirlər. Nə qədər ki, səriştəsiz insanlar CHP-nin başındadır, xalq nə cavab versə də, yetərli olmayacaq. Defnedə ölən və yaralanan insanlar mənim üçün önəmlidir. Mən dövlətəmsə, orada görüləcək xidməti ən yüksək səviyyədə etməliyəm. Mən səs toplamasaydım, orada xidmət etməzdim, belə bir şey düşünmək olarmı?

Van zəlzələsini xatırlayın. Van yüksək reytinq aldığımız yer deyil. Amma Van zəlzələsindən sonra ikinci axşam orada idim. Ərazi böyükşəhər müxalifəti bələdiyyə sədrinə məxsusdur. Sular kəsilir, adam müdaxilə etmir. Dərhal su ilə bağlı göstəriş verdim. İndi də təəssüf ki, Vanda ikinci partiya mövqeyindəyik. Amma bu o demək deyil ki, mən Vana laqeyd yanaşacam. Qərbdə olduğu kimi Şərqdə və Cənub-Şərqdə də eyni xidməti göstərməliyəm. Biz bütün 780 min kvadrat kilometrə xidmət etməyə borcluyuq”.