Türkiyə prezidenti Ərdoğan “Eurovision” müsabiqəsinin qalibi Camalanı təbrik edib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, prezident bu səhər telefonla ukraynalı ifaçıya zəng edib. Ərdoğan krım tatarlarının faciəsini anladan mahnı ilə qalibiyyət qazanan Camalaya bundan sonrakı sənət fəaliyyətində də uğurlar azru edib.
Xatırladaq ki, Camala yarışmada "1944" adlı mahnı ifa etmişdi. İfaçı mahnının nəqarətini krım türkcəsində səsləndirmişdi.
Son xəbərlər
Son Xəbərlər