Ərdoğanın kürəkəni Əliyevə Azərbaycan dilində təşəkkür etdi - Fotolar

erdoganin-kurekeni-eliyeve-azerbaycan-dilinde-tesekkur-etdi
Oxunma sayı: 700

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayraq 22-ci Dünya Neft Konqresində iştirak edən ölkə prezidentlərinə öz dillərində təşəkkür edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli nazir Tvitterdə 4 ölkə prezidentinə, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevə tədbirdə iştirak etdiyi üçün təşəkkür edib.

B.Albayraq Serbiya, Bolqarıstan və Albaniya prezidentlərinə də təşəkkür mesajı yayımlayıb.

Qeyd edək ki, Albayraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.