Ərdoğanın mitinqində partlayıcı qurğu son anda tapıldı

erdoganin-mitinqinde-partlayici-qurgu-son-anda-tapildi
Oxunma sayı: 7039

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirtdəki mitinqinə təyin olunmuş polis məmurunun avtomobilinin altına qoyulmuş partlayıcı qurğu son anda tapılıb.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, Mardindən Siirtdə mitinqə gedən polis məmurunun avtomobilinin altına gizli şəkildə uzaqdan idarə olunan partlayıcı qurğu qoyulub.

İki polis əməkdaşı avtomobilin altındakı partlayıcıları tez görə bilib.

Polis şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.