Ərdoğanın təyyarəsinin tarixə keçən pilotu öldü - Foto

erdoganin-teyyaresinin-tarixe-kecen-pilotu-oldu
Oxunma sayı: 10592

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir olduğu dövrdə “Boeing 777” tipli xidməti təyyarəsində pilotluq etmiş Sərdar Xəlil Girgin yol qəzasında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, o, Zonquldak-İstanbul yolunda idarə etdiyi motosikletlə yol kənarındakı qaya parçalarına çırpılıb.

Ağır xəsarət alan Girgin xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 53 yaşlı pilot 2013-cü ildə Sankt-Peterburq-Buenos-Ayres reysi ilə 16 saat fasiləsiz uçuş edərək ən uzunmüddətli uçuş kimi Türk Hava Yollarının tarixinə düşüb.