Abşeron rayonunda boğazı kəsilərək qətlə yetirilən qadın hamilə olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, əri tərəfindən öldürülən Leyla Bəkirova hamiləliyin 7-ci ayında olub. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib.
Hadisə vaxtı cütlüyün azyaşlı övladı da onların yanında olub və o, qətlə şahidlik edib.
Xatırladaq ki, aprelin 29-da saat 21 radələrində 29 yaşlı Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə 27 yaşlı həyat yoldaşı Leyla Bəkirovanı bıçaqlayıb, sonra isə boğazını kəsərək öldürüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər