Erməni general və oğlu saxlanıldı

ermeni-general-ve-oglu-saxlanildi
Oxunma sayı: 3196

Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan general Vitali Balasanyan Əsgərandakı evində saxlanılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan bildirib.

Vəkil bildirib ki, tutulduqdan sonra generalın bədənində xəsarət izləri əmələ gəlib.

Balasayanla birlikdə onun oğlu, əmisi oğlu və qardaşı oğlu saxlanılıb.

Tutulmaya qədər generalın evində 40 dəqiqə axtarış aparılıb.

Balasayanın oğlunun saxlanılmasına gəlincə isə bildirilir ki, o, 2021-ci ilin iyununda arıxanaların alınması üçün 74,5 milyon dram (187 min dollar) kredit götürüb, lakin şərtləri yerinə yetirməyib.