Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldu

ermenistan-gurcustan-serhedinde-zelzele-oldu
Oxunma sayı: 1451

Ermənistan-Gürcüstan sərhədi yaxınlığındakı Bavra kəndindən 8 km cənub-şərqdə 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin mətbuat xidməti məlumat yayıb:

“Noyabrın 2-də yerli vaxtla saat 19:49-da Ermənistan Daxili İşlər Nazirliyinin ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi Ermənistan və Gürcüstan arasında sərhəd zonasında 4,1 bal gücündə zəlzələ qeydə alıb. Episentrdə maqnituda 5-6 bal olub”.

Departamentdən əlavə edilib ki, yeraltı təkanlar Ermənistanın Şirak və Lori rayonlarında hiss olunub.