Ermənistan MDB TŞ katiblərinin iclasında iştirak etməyəcək

ermenistan-mdb-ts-katiblerinin-iclasinda-istirak-etmeyecek
Oxunma sayı: 1355

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvada MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin iclasında iştirak etməyəcək. 

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan açıqlayıb. 

Sözügedən görüş noyabrın 8-i baş tutacaq. 

Xatırladaq ki, bundan əvvəl də Ermənistanın Baş naziri Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzoyan MDB-nin Bişkekdə keçirilən sammitində iştirak etməmişdilər.