Ermənistan yaralıların olduğunu etiraf etdi - Adlar açıqlandı

ermenistan-yaralilarin-oldugunu-etiraf-etdi
Oxunma sayı: 1063

Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək üçün döyüşə hazırlıq vəziyyətinə gətirildikdən sonra, Azərbaycan Ordusunun düşmənə atəş zərbələri endirməsi ilə bağlı işğalçı ölkə də açıqlama yayıb. 

“Qafqazinfo” Panarmenian-a istinadən xəbər verir ki, bu barədə işğalçı rejimin özünü Müdafiə Nazirliyinin mətbuat xidməti kimi təqdim edən qurumu məlumat yayıb. 

Məlumata əsasən, Azərbaycan tərəfinin zərbələri nəticəsində Ermənistan ordusunun hərbçiləri – 1969-cu il təvəllüdlü Tobert Qasparyan, 1997-ci il təvəllüdlü Ambartsum Arutyunyan və 1998-ci il təvəllüdlü Vaqe Badalyan müxtəlif dərəcəli xəsarətlər alıblar. 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qisimləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib.

Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.