“Ermənistana silah tədarükü ilə bağlı yayılan məlumatlar yalandır” - Qazaxıstan MN

ermenistana-silah-tedaruku-ile-bagli-yayilan-melumatlar-yalandir
Oxunma sayı: 2174

“Ermənistan Respublikasına guya Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir”.

“Qafqazinfo” Qazaxıstanın “stopfake.kz” portalına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bəyanat yayıb.

Nazirlik həmçinin əlavə edib ki, 2022-ci ildən respublikada silah və hərbi texnikanın ixracına qadağa qoyulub.

Portalın məlumatına görə, bundan əvvəl sosial şəbəkələrdə və bəzi saytlarda Qazaxıstanın Ermənistana hərbi texnika verməsi barədə xəbər yayılıb.