Ermənistanda bomba ilə bağlı yalan məlumat verən şəxs saxlanıldı

ermenistanda-bomba-ile-bagli-yalan-melumat-veren-sexs-saxlanildi
Oxunma sayı: 1066

Ermənistanın Gümrü rayonunda, Dövlət Gəlirləri Komitəsinin (Vergi Xidməti) yerli şöbəsində bomba ilə bağlı yalan məlumat verən şəxs saxlanılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlum olub ki, 15 və 16 avqust tarixlərində günün müxtəlif saatlarında naməlum şəxs polisə zəng edərək özünü Gevorq Sarkisyan kimi təqdim edib. Həmin şəxs parlamenti, Dövlət Gəlirləri Komitəsinin Gümrüdəki şöbəsini və digər inzibati binaları partlatmaq niyyətində olduğunu bildirib. Onun məlumatları yoxlanılıb, lakin təsdiqini tapmayıb.

Daha sonra polis həmin şəxsi yaxalaya bilib. Onun 62 yaşlı Gümrü sakini olduğu məlum olub.

Onun barəsində yalan məlumat vermə maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Ermənistanda “Zvartnots” beynəlxalq hava limanına, eləcə də İrəvan metrosuna bomba qoyulması barədə məlumat yayılmışdı. Nəticədə metronun işi dayandırılmışdı.