Ermənistanda hərbi xidmət müddətinin azaldılması hökumətin gündəliyinə daxil edildi

ermenistanda-herbi-xidmet-muddetinin-azaldilmasi-hokumetin-gundeliyine-daxil-edildi
Oxunma sayı: 2357

Ermənistanda həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı qanun layihəsi hökumətin gündəliyinə daxil edilib.

“Qafqazinfo” xəbər verir ki, layihədə sıravi əsgərlər üçün hazırda qüvvədə olan 24 aylıq xidmət müddətinin 2025-ci ilin qış çağırışından etibarən 18 aya endirilməsi təklif olunur.

Yerli media yazır ki, bu dəyişiklik 2027-ci ilin ikinci yarısından etibarən hərbi xidmətin təşkilinə çəkilən xərcləri azaldacaq. Belə ki, 2025-ci ilin qış çağırışına daxil olan və 2026-cı ilin yanvarında xidmətə başlayan əsgərlərin 18 aylıq müddəti 2027-ci ilin iyulunda başa çatacaq.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə həqiqi hərbi xidmətin müddətinin azaldılacağını açıqlamışdı. Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən həqiqi hərbi xidmətin müddəti 2 il deyil, 1 il yarım təşkil edəcək.