“Ermənistanda “mühacir hökuməti” ola bilməz”

ermenistanda-muhacir-hokumeti-ola-bilmez
Oxunma sayı: 2291

“Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan addım atır, hərəkətlər edirlər”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib. 

Onun sözlərinə görə, sözügedən dairələr hansısa “mühacir hökuməti”ndən bəhs edirlər: “Hər kəsə aydın olsun deyə dəqiqliklə deyirəm – Ermənistanda bir hökumət var və o bu zalda əyləşib”.