Ermənistanda müxalifət liderləri seçkilərdə iştirak etməyəcəklərini açıqladılar

ermenistanda-muxalifet-liderleri-seckilerde-istirak-etmeyeceklerini-aciqladilar
Oxunma sayı: 2205

Ermənistanın müxalif “Vətənin xilası hərəkatı”nın lideri Vazgen Manukyanla sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi növbədənkənar parlament seçkilərində iştirak etməyəcəklərini bildiriblər.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Manukyan iyunun 20-də keçirilməsi nəzərdə tutulan seçkilərin ümumiyyətlə baş tutacağına şübhə edir:

“Nikol Paşinyanın dövründə keçirilən seçkilər ölkə üçün fəlakət olacaq. Ancaq buna baxmayaraq seçkilər baş tutarsa, o zaman mən də onlara qatılmayacağam”.

“Hakimiyyət və parlamentin müxalifət nümayəndələrinin çıxışlarından belə nəticəyə gəlmək olar ki, həmin siyasi güclər seçkilərin mövcud Seçki Məcəlləsi çərçivəsində “reytinqli səsvermə”nin saxlanılması yolu ilə keçirilməsinə razılıq veriblər”, - deyə  Erməni Milli Konqresinin seçkilərə qatılmama səbəbi ilə bağlı açıqlamasında deyilir.