Ersin Tatar Azərbaycana gəlir

ersin-tatar-azerbaycana-gelir
Oxunma sayı: 2742

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb.

“Qafqazinfo” bu barədə o, Şimali Kipr Taekvondo, Karate, Cüdo, Aykido Federasiyasının 47-ci quruluş ildönümü münasibəti ilə təşkil olunan tədbirdə çıxış edərkən bildirib.

Tədbirdə iştirak edən azərbaycanlı qonaqları da salamlayan Ersin Tatar, idman sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə yaxın günlərdə Azərbaycana səfər edəcəyini deyən Ersin Tatar iki dövlət arasında əlaqələrin qarşılıqlı səfərlərlə daha da möhkəmlənəcəyini bildirib.