"Bəzi sosial şəbəkə istifadəçilərinin guya Şuşada hərbi qulluqçumuzun vəfat etməsi ilə bağlı yaydığı xəbər həqiqətə uyğun deyil".
Bu barədə Müdafiə Nazirliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib.
"Eyni zamanda bildiririk ki, Kəlbəcər rayonu ərazisində əsgər Şükürov Elmir İlham oğlu qeyri-döyüş şəraitində vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır", - məlumatda qeyd olunub.
"Qafqazinfo"nun məlumatına görə, Elmir Şükürov 10 ayın əsgəri olub. O, Bakıda xidmət edirmiş, təzəlikcə Kəlbəcərə ezam olunub. Vəfat edən əsgər bu gün doğulduğu Ağcabədi rayonu Şahmallar kəndində dəfn edilib.
Son xəbərlər
Son Xəbərlər