Eynulla Fətullayevin saytları dayandı - Yenilənib

eynulla-fetullayevin-saytlari-dayandi
Oxunma sayı: 6198

Fevralın 5-də Haqqın.az və Virtualaz.org saytları işini dayandırıb.

“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, hər iki sayta rəhbərlik edən araşdırmaçı-jurnalist Eynulla Fətullayev kollektivi toplayaraq maliyyə durumu ilə bağlı saytların işini dayandırmaq haqqında qərar verdiyini deyib.

Bu haqda sözügedən saytlarda çalışanlar Facebook sosial şəbəkəsi üzərindən xəbər yayıb. Onlar iş axtardıqlarını bildirirlər.

***

"İxtisarlar baradə yayılan xəbərlər düzdür, saytlardakı işçilər hazırda özlərinə iş axtarırlar".

Bu baradə lent.az-a açıqlamasında haqqin.az saytının siyasət şöbəsinin müdiri Zaur Rəsulzadə bildirib. O bildirib ki, baş verənlərin səbəbi baradə bir şey söyləyə bilməyəcək. "Bu sual mənə aid deyil. Eynulla Fətullayevə müraciət edin", -deyə şöbə müdiri bildirib.