Faktiki hava açıqlandı

faktiki-hava-aciqlandi
Oxunma sayı: 1485

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı: Astarada 57 mm, Lənkəranda 50 mm, Yardımlıda 11 mm, Quba, Neftçala, İsmayıllı, Şabran, Oğuz, Mingəçevir, Göytəpə, Qobustan, Şamaxı, Balakən, Göyçay, Şəki, Biləsuvar, Lerik, Zərdab, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Naftalan, Göygöl, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Qəbələ, Zaqatala, Ağsu, Tərtər, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Gəncə, Qusar, Xaltanda 6 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Külək: Dekabrın 11-də şimal-qərb küləyi arabir Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Duman: Balakən, Yevlax, Daşkəsən, Gədəbəy, Göygöl, Tərtər, Zərdab, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Quba, Qusar, Göyçay, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub.