Faktiki hava açıqlandı

faktiki-hava-aciqlandi
Oxunma sayı: 2211

Yanvarın 23-ü saat 18:00-a olan məlumata əsasən, Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi-aran, Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında da sulu qar, qar yağır.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-sı, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.