Fazil Məmmədovdan yeni - Təyinat

fazil-memmedovdan-yeni
Oxunma sayı: 10584

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Rəşad Əli-Zadə vəzifəsindən azad edilib.

“Qafqazinfo” AGF-yə istinadən xəbər verir ki, federasiya prezidentinin əmrinə əsasən, Orxan Məmmədov qurumun baş katibi təyin olunub.

Orxan Məmmədov bundan əvvəl AGF-də İdman şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən O. Məmmədov yeniyetmə yaşlarından güləşin sərbəst növü ilə məşğul olub, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalib və mükafatçısı olub.

Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunub, idman ustası, Əməkdar məşqçidir.