Fələstinin yeni Baş naziri o oldu

felestinin-yeni-bas-naziri-o-oldu
Oxunma sayı: 2684

Fələstinə yeni Baş nazir təyin olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas ötən ay tutduğu vəzifədən istefa verən Fələstinin Baş naziri Məhəmməd Ştayyenin yerinə Məhəmməd Mustafanı təyin edib.

Qeyd edək ki, Məhəmməd Mustafa başda Fələstin İnvestisiya Fondu olmaqla Dünya Bankı və Fələstin rəhbərliyinə tabe olan qurumlarda müxtəlif vəzifələrdə çalışıb.