“Fənərbaxça” “Sivasspor”u darmadağın etdi - Video

fenerbaxca-sivassporu-darmadagin-etdi
Oxunma sayı: 1140

Türkiyə Super Liqasında 14-cü tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son oyununda “Fənərbaxça” doğma meydanda “Sivasspor”u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 37-yə yüksəldən “Fənərbaxça” çempionatın lideridir. 15 xalı olan “Sivasspor” isə 13-cü yerdədir.

“Fənərbaxça” – “Sivasspor” 4:1
Qollar: Sebastian Şimanski, 16, İrfan Can Kahveci, 42, Alaaddin Okumus, 68 (avtoqol). Edin Ceko, 75 - Rey Manay, 50