“Fənərbaxça” “Trabzonspor”u məğlub etdi - Video

fenerbaxca-trabzonsporu-meglub-etdi
Oxunma sayı: 931

Türkiyə Super Liqasında V turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Fənərbaxça” doğma meydanda “Trabzonspor”u qəbul edib. İstanbul təmsilçisi yeni baş məşqçisi Dominiko Tedesko ilə çıxdığı ilk matçdan 1:0 hesablı qələbə qazanaraq ayrılıb.

Qeyd edək ki, “Fənərbaxça” 10 xalla 2-ci, eyni xala sahib “Trabzonspor” isə 3-cü pillədə qərarlaşıb. İstanbul təmsilçisi 1 oyun az olmaqla lider “Qalatasaray”dan 5 xal geri qalır.

Türkiyə Super Liqası
V tur

“Fənərbaxça” – “Trabzonspor” 1:0
Qol: Y. En-Nesiri,45
Qırmızı vərəqə: O.Yokuşlu,20 ("Trabzonspor")