“Fənərbaxça” və “Qalatasaray” İstanbula qayıtdı - Klub rəhbərləri danışmadı

fenerbaxca-ve-qalatasaray-istanbula-qayitdi
Oxunma sayı: 2496

Xəbər verdiyimiz kimi, ötən gecə Səudiyyə Ərəbistanında baş tutmalı olan Türkiyə Superkubokunun “Fənərbaxça” – “Qalatasaray” matçı təxirə salınıb. “Qafqazinfo”nun məlumatına görə, yerli hökumət komandalara “Atatürk” yazılı köynəklərlə meydana çıxmağa icazə vermədiyi üçün qarşılaşma baş tutmayıb. 

“Fənərbaxça” prezidenti Ali Koç və “Qalatasaray” prezidenti Dursun Özbek matçın təşkilatçıları ilə toplantı keçirsə də, qarşı tərəf tələblərlə razılaşmayıb. 

Komandalar heç biri olduğu oteldən çıxıb stadiona yollanmayıb. 

Klub rəhbərləri qayıtdıqdan sonra hər iki komandanın heyəti hava limanına gələrək ölkələrinə qayıdıb. Bu gün səhər saatlarında həm “Fənərbaxça”, həm də “Qalatasaray” İstanbula çatıb. 

“Sarı lacivərtlilər” Sabiha Gökçen Hava Limanına eniş edib. Klub prezidenti Ali Koç media nümayəndələrinin suallarını cavablandırmayıb. 

“Cim-bom”un rəhbəri Dursun Özbek də İstanbul Hava Limanında jurnalistlərə açıqlama verməkdən imtina edib. 

Hər iki komandanı çoxlu sayda azarkeş qarşılayıb. Azarkeşlər hava limanlarının önündə ölkənin şəhidlərini bir dəqiqəlik sükutla yad edib, daha sonra İstiqlal Marşını oxuyublar. 

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi vəziyyət barədə hələ ki, məlumat verməyib.