Fərdi uçot haqda qanunda 10 əlavə və dəyişiklik nəzərdə tutulur

ferdi-ucot-haqda-qanunda-10-elave-ve-deyisiklik-nezerde-tutulur
Oxunma sayı: 850

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclasında iki məsələyə baxılıb. 

“Qafqazinfo” xəbər verir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda dəyişiklik edilməsi (birinci oxunuş) və Əmək Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Ziya Qasımov təqdim edib. Bildirib ki, ölkədə həyata keçirilən sosial islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində formalaşmış vahid sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunub. 

Deputatların nəzərinə çatdırılıb ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunda ümumilikdə 10 əlavə və dəyişiklik nəzərdə tutulur. Təklif olunan dəyişikliklər qəbul edildikdən sonra fərdi uçot sistemində proseslərin tam elektronlaşmasına mane olan hallar aradan qaldırılacaq, elektron pensiya sisteminin əhatə dairəsi genişlənəcək və qənaət edilmiş xərclər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək. 

Əmək Məcəlləsinə təklif olunan redaktə xarakterli 3 əlavə və dəyişiklik də bu qanuna ediləcək dəyişikliklərdən qaynaqlanır.