Tanınmış rəssam Fərhad Yalquzaq vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə rəssamın dostları məlumat veriblər.
Bildirilib ki, tənha yaşayan rəssam paytaxtda yerləşən emalatxanasında dünyasını dəyişib. Onun nəşini dostları aşkar ediblər.
52 yaşlı rəssamın ölüm səbəbi bilinmir.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rəssamın Xətai rayonunda yerləşən evindəki emalatxanada baş verib. Belə ki, iyunun 17-si saat 23 radələrində 1973-cü il təvəllüdlü Fərhad Əhmədli oğlu İsgəndərov yaşadığı və işlədiyi M.Rüstəmov küçəsi ev 6/4-də qollarına bıçaqla xəsarət yetirib. O, qanaxmadan ölüb.
İntihar hadisəsi ilə bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyunun 17-si saat 23:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu, M.Rüstəmov küçəsi ərazisindən çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 52 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Aslan Vəliyev