FES-dən mühüm qərar - Dolları nə gözləyir?

fes-den-muhum-qerar
Oxunma sayı: 11853

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin iki gün davam edən iclası yekunlaşıb.

Qafqazinfo” xəbər verir ki, FES-in Direktorlar Şurası uçot dərəcəsini 0,5‒ 0,75%-dək artırmaq barədə qərar qəbul edib.

Qeyd edək ki, sonuncu dəfə faiz dərəcəsi 2015-ci ilin dekabrında artırılmışdı.

Ekspertlərin proqnozlarına görə, uçot dərəcəsinin qaldırılması dolların məzənnəsinin möhkəmlənməsinə səbəb olacaq. Bu da öz növbəsində Azərbaycanda da dolların bahalaşması ilə nəticələnə bilər.

***

Federal Ehtiyatlar Sistemi eyni zamanda 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artıracağını da bəyan edib.