Fidan dünyanın ən nüfuzlu ali məktəbində təhsil alacaq

fidan-dunyanin-en-nufuzlu-ali-mektebinde-tehsil-alacaq
Oxunma sayı: 12628

Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə - ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb. 

Qeyd edək ki, məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. Belə ki, Fidan informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında (RFO) 4 dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.