Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti prezidenti seçkisi keçirilib.
“Qafqazinfo”nun məlumatına FİFA-nın Növbədənkənar Konqresində prezidentlik vəzifəsi uğrunda İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparıb.
Səslərin 88-ini C.İnfantino, ən azını, yəni 7 səsi Jerom Şampan toplayıb. Amma birinci turda heç bir namizəd səslərin 2/3 hissəsini toplaya bilməyib.
Beləliklə, FİFA prezidenti növbəti turda müəyyənləşəcək.
Xatırladaq ki, konqresdə Azərbaycandan AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.
***
UEFA-nın baş katibi Canni İnfantino FİFA-nın prezidenti seçilib. O, ikinci turda 115 səslə birinci yeri tutub.
C. İnfantino 2019-cu ilədək bu vəzifədə çalışacaq.
Son xəbərlər
Son Xəbərlər