Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.
“Qafqazinfo” xəbər verir ki, Paris klubunun tərkibində Dembele son vaxtlar beş kubok qazanıb:
Fransa çempionatı, ölkə kuboku, Superkubok, Çempionlar Liqası, həmçinin klublararası dünya çempionatının finalına yüksəlib.
Ötən 2024/25 mövsümündə 28 yaşlı fransız futbolçu bütün turnirlərdə 53 oyuna çıxıb və 35 qol vurub, 16 məhsuldar ötürmə edib.
Dembele 2025-ci ildə karyerasında ilk mükafat olan “Qızıl top”u qazanıb.
Son xəbərlər
Son Xəbərlər