Fişəng partladı, barmağı amputasiya edildi - Azərbaycanda

fiseng-partladi-barmagi-amputasiya-edildi
Oxunma sayı: 5027

Tovuz rayon sakini fişəng atmaq istəyərkən xəsarət alıb.

“Qafqazinfo”nun APA-ya istinadən nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.

Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.