PSJ Fransa Superkubokunu qazandı

psj-fransa-superkubokunu-qazandi
Oxunma sayı: 1566

Fransa Superkubokunun qalibi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, həlledici oyunda PSJ və “Monako” komandaları qarşılaşıb.

Qətərin paytaxtı Doha şəhərində keçirilən görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 90+2-ci dəqiqədə Usman Dembele vurub.

Bununla da PSJ 13-cü dəfə Fransa Superkubokunun qalibi olub.