Kiyevdəki görüş başladı - Yenilənib-Foto-Video

kiyevdeki-gorus-basladi
Oxunma sayı: 741

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Kiyevə gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “AzadlıqRadiosu”nun Ukrayna xidməti məlumat yayıb.

ABŞ nümayəndə heyətini qatardan düşərkən Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Prezident Ofisi rəhbərinin birinci müavini Serhiy Kıslıtsya qarşılayıblar. Uitkoff və Kuşner ukraynalı rəsmilərlə uzun müddət söhbət edərək görüşüblər.

Daha sonra amerikalı diplomatların Ukrayna Prezidenti Volodimir Zelenski ilə Müqəddəs Sofiya kafedralının divarları önündə görüşündən kadrlar yayılıb.

Qeyd olunub ki, Zelenski bu danışıqlardan dərhal öncə Ukraynanın nümayəndə heyəti ilə xüsusi müşavirə keçirib.

Xatırladaq ki, Uitkoff və Kuşner Kiyevə gəlməzdən əvvəl – sentyabrın 5-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə 3 saat 10 dəqiqə davam edən qapalı danışıqlar aparıblar. Rusiya tərəfi amerikalı elçilərin münaqişənin tənzimlənməsi ilə bağlı ciddi təkliflərlə gəldiklərini bildirib.

***

Prezident Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kiyevdə görüşü başlayıb.