Futbol oynadığı palçıqlı meydançanın yerində stadion tikdirdi - Video

futbol-oynadigi-palciqli-meydancanin-yerinde-stadion-tikdirdi
Oxunma sayı: 4241

Seneqal millisinin futbolçusu Sadio Mane yeni stadion tikdirib. “Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu arenanı doğulduğu kənddə inşa etdirib. 

Stadionun adı “Bambali”dir. Arenanın açılışını Sadio Mane özü edib. 

Bu ərazidə əvvəllər də stadion olub və forvard 2022-ci ildə bu arenanın palçıqlı meydançasında futbol oynamaqla gündəmə gəlmişdi.