Füzulinin icra başçısı peyvənd olundu - Fotolar

fuzulinin-icra-bascisi-peyvend-olundu
Oxunma sayı: 1641

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev koronavirusa qarşı vaksin vurdurub.

“Qafqazinfo” xəbər verir ki, icra başçısı həmçinin Mərkəzi rayon Xəstəxanasında vaksinasiya prosesinin gedişi ilə maraqlanıb, burada yaradılmış şəraitlə tanış olub.

Peyvənd olunan vətəndaşlara vaksinasiyanın vacibliyi və bu sahədə dövlətin gördüyü işlərlə bağlı ətraflı məlumat verib. Sonra İcra başçısı xəstəxanada tibb işçilərinin nəzarəti altında COVID-19 pandemiyası əleyhinə ikinci doza peyvənd olunub.