Gecə “El-Klasiko” var

gece-el-klasiko-var
Oxunma sayı: 3367

Bu gün İspaniya La Liqasında “El-Klasiko” oynanılacaq.

“Qafqazinfo” xəbər verir ki, “Real” 32-ci turda “Santyaqo Bernabeu” stadionunda “Barselona” ilə qarşılaşacaq. Əzəli rəqiblərin dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Sezar Soto idarə edəcək.

Hazırda La Liqanın turnir cədvəlinə 78 xalla “Real” liderlik edir. “Barselona” isə 70 xalla 2-cidir. 

Bu komandalar arasında İspaniya Superkuboku çərçivəsində keçirilən son oyunda Madrid təmsilçisi 4:1 hesablı qələbə qazanıb.