Gənc qızı zorlayıb yandıranlara hökm oxundu - Ömürlük həbs

genc-qizi-zorlayib-yandiranlara-hokm-oxundu
Oxunma sayı: 6024

Türkiyənin Mersin şəhərində təcavüz edilərək yandırılıb daha sonra dərəyə atılan Özgəcan Aslanın qatillərinə hökm oxunub.

”Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə onu qətlə yetirmiş Sübhi Altıntökən, Fatih Gökcə və Nəcməddin Altıntökən məhkəmənin qərarı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası ilə cəzalandırılıb.

Qeyd edək ki, bu ilin fevral ayının 11-də 20 yaşlı Özgəcan Aslan Çamalan kəndi yaxınlığında təcavüzə məruz qalıb. Daha sonra qızın cəsədi dərəyə aparılaraq yandırılıb.