Gəncədə 3 avtomobil yandı - Video

gencede-3-avtomobil-yandi
Oxunma sayı: 1791

Gəncədə yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yerləşən dayanacaqda yanğın olub.

Yanğın zamanı təmir sexində dayanan iki “VAZ” markalı minik maşını və bir “Kamaz” yanıb.

Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb,dayanacağın qalan hissəsi yanğından mühafizə olunub.