Gəncədə avtomobil piyadanı vuraraq öldürdü

gencede-avtomobil-piyadani-vuraraq-oldurdu
Oxunma sayı: 2633

Gəncədə avtomobil piyadanı vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin çıxışında Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Xəsarət alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev