Gəncə məscidlərində bayram namazı qılındı - Fotolar

gence-mescidlerinde-bayram-namazi-qilindi
Oxunma sayı: 402

Bu gün ölkənin hər yerində olduğu kimi, Gəncədə də bayram namazı qılınıb.

“Qafqazinfo” xəbər verir ki, sakinlər şəhərin “İmamzadə” kompleksi, “Şah Abbas”, “Şahsevənlər”, “Qırıxlı” və “Qazaxlar” məscidlərində bir araya gələrək bayram namazı qılıblar.

Mərasim zamanı şəhidlərimizin ruhuna dualar edilib, ölkəmizə əmin-amanlıq və ruzi-bərəkət dilənilib.

Yunis Quliyev