Gəncəlilər Heydər Əliyev meydanına toplaşdı- - Fotolar

genceliler-heyder-eliyev-meydanina-toplasdi-
Oxunma sayı: 1135


“Qafqazinfo” xəbər verir ki, tarixə  adı əbədi həkk olunan qüdrətli siyasi dövlət xadimi, həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan, Gəncəyə  və gəncəlilərə daim sonsuz diqqət və qayğı göstərən  Heydər Əliyevin  misilsiz xidmətləri barədə xatırlatma verilib.   

Azərbaycanın Dövlət Himni  səsləndikdən sonra böyük  izdiham hərəkətə gəlib. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və   şəhər rəsmiləri, ictimaiyyətin nümayəndələri abidənin önünə təzə-tər gül-çiçək dəstələri qoyaraq, ümummilli liderin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.

Dahi Heydər Əliyevə  dərin məhəbbət bəsləyən və onun müdrik siyasi kursuna sadiqlik göstərən gəncəlilər ümummilli liderin müqəddəs  ideyalarını əməllərində və əqidələrində daim yaşadacaqlar.