Generalın son sözü... - Yenilənib

generalin-son-sozu
Oxunma sayı: 6385

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevin məhkəməsi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə təqsirləndirilən şəxslərə  son sözlərini demək üçün çıxış verilib.

Proses davam edir.

Ötən iclasda dövlət ittihamçısı çıxış edərək E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin E.Quliyevdən general, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün təqdimat verilməyini və əmlaklarının müsadirə edilməsini istəyib.

***

Polkovnik Mehdiyev son söz deyərək günahsız olduğunu bildirib: “Məni iş adamı Maqsud Mahmudova görə tutublar. Amma o epizodda da günahım yoxdur. Bəraət hökmü verilməsini istəyirəm”.

General E.Quliyev isə son sözündə həyata keçiridyi uğurlu əməliyyatları xatırladıb: “Amma indi məni siqaret alverçilərinə görə tutublar”.

Hakimlər kollegiyası hökm oxumaq üçün müşavirəyə çıxıb. Hökmün elan ediləcəyi tarix bəlli deyil.

E.Quliyev də ona bəraət verilməsinə istəyib.

Murad Əhməd