Generalın yerinə polkovnik təyin edildi

generalin-yerine-polkovnik-teyin-edildi
Oxunma sayı: 12827

Daxili İşlər Nazirliyinin Katibliyinə yeni rəis təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq əmrlə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə bu vəzifəyə təyinat alıb.

39 yaşlı N.Məmmədzadə ən gənc polkovniklərdəndir. Üç il əvvəl rəis müavini postuna gətirilən polkovnik bundan öncə isə Təşkilati-İnspeksiya İdarəsində şöbə rəisi olub.

Xəbəri rusca oxuyun: На место генерала был назначен 39-летний полковник

2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə N.Məmmədzadə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, Katibliyin əvvəlki rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Həmçinin oxuyun: FHN-də rəis köməkçisi qanunsuz yolla qaynanasının 260 minlik torpağını satıb - Notarius saxta sənəd verib

Murad Əhməd