Gömrük Komitəsinin sədri işdən çıxarıldı - Talıbovdan fərman

gomruk-komitesinin-sedri-isden-cixarildi
Oxunma sayı: 9682

Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun Naxcivantv.az-a istinadən məlumatına görə, Naxçıvan (MR) Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Asəf Səttar oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilsin”.