"Sosial şəbəkələrin rolunu artıq hiss edirik. Bu elə qeyri-adi fenomendir ki, kim nə görür, orada paylaşır. Sosial şəbəkə bizim üçün əsas mənbədir".
"Qafqazinfo" xəbər verir ki, bunu "Real TV"-yə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Məzahir Pənahov bildirib ki, sosial şəbəkələrdə pozuntularla bağlı paylaşılan görüntülər məntəqələrin iki faizindən çoxunu əhatə etmir: "Bəzən insanlarda elə təəssürat yaranır ki, bütün ölkə üzrə pozuntular olub. Sosial şəbəkələrdə olanlara görə biz gözümüzü yumub hamısını ləğv etsək, 5573 məntəqənin iki faizini təşkil edəcək".
Son xəbərlər
Son Xəbərlər
.jpg)