“Günel dedi ki, anamı izlə...” - “Qızıl Məryəm” cinayəti

gunel-dedi-ki-anami-izle
Oxunma sayı: 10567

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N.Eyvazov ifadə verib.

O bildirib ki, qətldən öncə Günel Hüseynova ona mərhum Məryəm Namədzadəni izləməsi barədə göstəriş verib.

Məhkəmənin növbəti prosesi oktyabrın 21-də davam etdiriləcək.

Murad Əhməd