Günlərdir itkin düşmüş erməni hərbçilər hələ də tapılmayıb

gunlerdir-itkin-dusmus-ermeni-herbciler-hele-de-tapilmayib
Oxunma sayı: 1603

Bu ay Ermənistanda itkin düşmüş iki hərbçi hələ də tapılmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə Nazirliyi açıqlayıb. Məlumata əsasən, duman səbəbindən itkin düşmüş Artur Nalbandyan və Aramais Torozyan barədə yeni məlumat yoxdur və axtarışlar hələ davam edir. 

Qeyd edək ki, iyulun 14-də dumanlı hava şəraitində avtomobillə xidmət işləri aparan Artur Nalbandyan və Aramais Torozyanla əlaqə kəsilib.